waplog

Konseptual “Samsung” qurğusu tənəffüsün bərpasına kömək edəcək


Xəstələr ümumi anesteziya altında olduqdan sonra onlar üçün tənəffüs funksiyalarının tam bərpasına kömək edən əməliyyatdan sonrakı terapiya tələb olunur. Adətən bərpa prosesi xüsusi analoq qurğusu – spirometr vasitəsilə həyata keçirilir, lakin “Samsung” şirkəti bu cihazı əvəz edən innovativ qurğu kəşf edib. Belə ki, “Samsung” tibb mərkəzinin həkimi tərəfindən xəstələrə tənəffüsü tez bərpa etməyə kömək edəcək “GoBreath” adlı qurğu yaradılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, inhalyator şəklində olan qurğu xüsusi proqram interfeysinin göstərildiyi açılıb-yığılan maye-kristal ekranla təchiz olunub. Proqram xəstələrə dərindən nəfəsalma, ayrı-ayrı nəfəsalmalar və bəlğəmi çıxarmağa kömək edən öskürək kimi müxtəlif adi məşqləri yerinə yetirməkdə yardımçı olur. Bundan başqa, proqram xəstənin tez və məhsuldar bərpasını görməyə imkan verir. “Bulud” servisindən istifadə sayəsində “GoBreath” simsiz şəbəkə vasitəsilə məlumatları birbaşa müalicəni aparan həkimə ötürə bilir.

Məlumata görə, “Samsung C-Lab” (Creative Lab) laboratoriyasında hazırlanan “GoBreath” qurğusu artıq bir neçə xəstənin tənəffüsünün tam bərpasına kömək edib.

Qurğunun yanvarda keçiriləcək “CES 2018” sərgisində nümayişi gözlənilir. Cənubi Koreya istehsalçısı “GoBreath” ilə yanaşı, “C-Lab” laboratoriyasında hazırlanan daha bir neçə qurğu təqdim edəcək. Onların birincisi, zəif görənlər üçün müxtəlif əşyaların daha yaxşı görünməsi məqsədilə onların kontrastlıq və parlaqlığını dəyişəcək “ağıllı” eynəkdir. İkinci qurğu səsləri yalnız müəyyən məkan sahəsində səsləndirəcək istiqamətli səs dinamikləridir.

Nizam Nuriyev
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL