Ortopedik əməliyyatlar keçirməyə kömək edən robot cərrah təqdim edilib
Cari ilin ilk günü Hefey şəhərində ortopedik robot cərrahın iştirakı ilə ilk əməliyyat keçirilib.
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, Çində hazırlanmış və "Tyanszi" adlandırılmış bu robot mexaniki manipulyator, optik izləmə sistemi və idarəetmə paneli ilə təchiz edilib.
Sözügedən robotun köməyi ilə çanaq sümükləri və əl-ayaq sınıqları zamanı ortopedik əməliyyatlar keçirmək, həmçinin boyun, döş, bel və sağrı daxil olmaqla onurğada əməliyyatlar aparmaq mümkündür.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL