“Ağıllı” “Samsung” kostyumları idmançılara Olimpiya oyunlarına hazırlaşmağa kömək edir
“Samsung” şirkətinin Niderland bölməsi konkisürmə idman növündə çıxış edən idmançılara məşqlər zamanı nəticələri yaxşılaşdırmağa imkan verəcək “ağıllı” kostyumlar təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, “SmartSuit” adlanan kostyumların hər biri idmançının bədəninin vəziyyətini real vaxt rejimində izləyən yüksək həssaslığa malik 5 ötürücü ilə təchiz olunub. Ötürücülərin dəqiqliyində səhv 2 millimetr təşkil edir. Əldə olunan məlumatlar “Galaxy S8” smartfonunda quraşdırılan xüsusi əlavəyə ötürülür. Həmin məlumatlar əsasında məşqçi idmançı haqqında müəyyən qərarlar qəbul edərək ona buzlu yolun keçilməsində sürətin artırılması ilə bağlı tövsiyələr verir.
Məşqçi, həmçinin mobil əlavədən kostyuma quraşdırılan kiçik vibromühərriklər vasitəsilə idmançının oynaq nahiyələrində vibrasiya yaradacaq siqnallar göndərə bilər. Bu halda idmançı sürətin optimallaşdırılması üçün harada ayaq və ya dirsəyin əyilməsinə düzəlişlərin edilməsini başa düşəcək. Kostyumlardan yalnız məşqlər zamanı istifadəyə icazə verilir. Olimpiya oyunlarında idmançılar adi geyimdə olacaqlar.
Xatırladaq ki, Qış Olimpiya Oyunları fevralın 9-15-də Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək.