waplog

“Samsung Galaxy S8” smartfonlar arasında etalon seçilib


“4PDA” nəşri ekspertlərin 2017-ci il buraxılışlı sınaqdan keçirdikləri 150 smartfonun reytinqini tərtib edib. Siyahıda birinci yeri Cənubi Koreya istehsalçısının qabaqcıl “Samsung Galaxy S8” smartfonu tutub.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, redaksiya “Galaxy S8” modelini bütün detallarının mükəmməl olduğu ən yaxşı qurğu adlandırıb. Mütəxəssislər tərəfindən biometrik skaner, ilk dəfə bu modeldə quraşdırılan “Bixby” səsli köməkçi funksiyası, 2,5D şüşəli və 18:9 formatlı çərçivəsiz ekran xüsusilə vurğulanıb. Smartfonun digər qurğularla – “iPhone X”, “LG V30+” və “Sony XZ1” ilə müqayisəsi aparılıb.

“Orta sinifli ən yaxşı smartfon” kateqoriyasında birinci yerə “Huawei Honor 9” layiq görülüb. Qurğu məhsuldar prosessoru və keyfiyyətli qoşa kamerası ilə seçilir. Ən yaxşı ucuz smartfon “Xiaomi Redmi Note 4X”, ən güclü qurğu “OnePlus 5” olub. “Huawei Mate 10 Pro” ən yaxşı kameraya, “AGM X2” isə korpusun möhkəmliyinə görə qeyd edilib.

Xatırladaq ki, “Samsung Galaxy S8” 2017-ci ilin aprelində təqdim olunub. Yanvarda “Galaxy S” istehsal xəttindən olan yeni qurğuların – “Galaxy S9” və “S9+” smartfon modellərinin nümayişi gözlənilir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL