Kosmetika brendi “iPhone” smartfonu üçün dəri skaneri təqdim edib
“Neutrogena” kosmetika brendi dərinin skan edilməsi üçün “SkinScanner” qurğusunu və “Skin360” mobil əlavəsini təqdim edib. Texnologiya istifadəçinin dəri problemlərini aşkarlayacaq, eləcə də profilaktika üsullarını təklif edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, skaner “iPhone” smartfonunun yuxarı hissəsinə bərkidilərək dəriyə yaxınlaşdırılır, əlavə isə onun vəziyyətini müəyyənləşdirir. Skaner və smartfon arasında bağlantı “Bluetooth” vasitəsilə həyata keçirilir.
“SkinScanner” qurğusunun və “Skin360” əlavəsinin rəsmi təqdimatı yanvarın 9-12-də keçiriləcək “CES-2018” Beynəlxalq istehlak elektronikası sərgisi çərçivəsində planlaşdırılır. Qurğu və əlavə yalnız “iPhone” smartfon modelini dəstəkləyəcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL