waplog

“App Store” mağazası yenidən rekord qırır


“Apple” şirkətinin vitse-prezidenti Fil Şiller “App Store” əlavələr mağazasının növbəti rekorda imza ataraq bayram günlərində 890 milyon dollardan çox qazanc əldə etməsini bildirib.

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, bir həftə ərzində “Apple” qurğu istifadəçiləri əlavələrə təqribən 1 milyard dollar xərcləyiblər. Bunun 300 milyon dolları Yeni il gecəsinin payına düşüb.

Vitse-prezident, həmçinin əlavə edib ki, 2017-ci ildə əlavə tərtibatçıları 26,5 milyard dollar qazanıblar. Bu, ötən ildən 30 faiz çoxdur. 2008-ci ildən bəri tərtibatçıların əldə etdiyi qazancın ümumi məbləği 68 milyard dollar təşkil edir.

“Apple” nümayəndəsi onu da vurğulayıb ki, “App Store” mağazasında “ARKit” texnologiyasını dəstəkləyən təxminən 2 min əlavə dərc olunub. Lakin müstəqil analitiklər tərəfindən bu rəqəmin minə yaxın olması qeyd edilir.

“Pokemon GO” oyunu dekabrın 21-də oyun prosesini yeni baxışla seyr etməyə imkan verən “ARKit” əlavə reallıq texnologiyası dəstəklənməyə başladıqdan sonra yenidən mağazada populyarlıq qazanıb. İstifadəçilərin 2 minə yaxın “ARKit” əlavəsini sınaqdan keçirmək imkanı əldə etməsi qeyd olunur.

F.Şillerin sözlərinə görə, ötən il ərzində şirkətin ən böyük nailiyyəti “App Store” mağazasının “iOS 11” əməliyyat sistemində dizaynını yeniləməsidir. “Məhz yenilənmiş əlavələr mağazası sayəsində şirkət yeni rekorda imza atmağa nail olub”, - o vurğulayıb.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL