waplog

Bu il “Apple” şirkətinin kapitallaşması 1 trilyon dollara çatacaq


Qərb analitikləri 2018-ci ildə ABŞ-ın “Apple” şirkətinin kapitallaşma dəyərinin 1 trilyon dollar təşkil edəcəyini proqnozlaşdırırlar. Bununla ABŞ istehsalçısı bu göstəriciyə nail olan dünyanın ilk kütləvi şirkəti ola bilər. Mütəxəssis və analitiklər tərəfindən vurğulanır ki, hazırda bir ədəd “Apple” səhminin qiyməti 175 dollar təşkil edir.

“ICTnews” Elektron Xəbər Xidməti “Php.ru” resursuna istinadən yazır ki, buna müvafiq olaraq şirkətin ümumi dəyəri 898,5 milyon dollara çatıb. Bundan başqa, ekspertlər qeyd edir ki, payızın sonunda buraxılan yeni inqilabi “iPhone X” smartfonları və bu yaxınlarda işıq üzü görən “iMac Pro” kompüterləri istehsalçıya bu nəticələrə nail olmaqda kömək edəcək.

Qeyd olunur ki, cari ildə “Apple” texnikası istifadəçiləri naqilsiz qulaqcıqlar, eləcə də əksər şirkət pərəstişkarlarının unutduğu “Mac Pro” fərdi kompüterinin yenilənmiş versiyalarının buraxılışını gözləyirlər.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL