2020-ci ildə bu şirkətin bütün cihazları süni intellektlə təchiz ediləcək
Cənubi Koreya şirkəti 2020-ci ilədək hər bir cihazına “Bixby” səsli köməkçisini inteqrasiya etməyi planlaşdırır.
2020-ci ilədək “Samsung” şirkətinin bütün cihazları "Əşyalar interneti"nə qoşulma ilə təmin ediləcək və süni intellektə malik olacaq. Bu haqda Beynəlxalq Elektronika Sərgisində şirkətin prezidenti Ki Nam Kim deyib.
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, şirkət “Bixby” adlı səsli köməkçidə süni intellektin təkmilləşdirilməsini planlaşdırır. Kimin sözlərinə görə, 2020-ci ildə “Samsung” şirkətinin istehsalı olan hər bir cihaz süni intellektlə təchiz ediləcək və səsin köməyi ilə qurğuları idarə etmək mümkün olacaq.
“Samsung Electronics” artıq “Bixby” səsli köməkçisini “Samsung TV”-yə inteqrasiya edib. Smartfon və konkret səsli köməkçi vasitəsilə televizoru idarə etmək mümkün olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL