2017-ci ildə dünyada smartfon istehsalı 6,5% yüksəlib
“TrendForce” analitiklərinin məlumatına görə, 2017-ci ildə smartfon istehsalçıları ümumilikdə təxminən 1,46 milyard aparat istehsal ediblər ki, bu da 2016-cı ilin göstəricisini 6,5% ötür.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, bununla belə, cari ildə mütəxəssislər zəif artım tempi proqnozlaşdırırlar, çünki smartfon istehsalçıları komponentlərin bahalaşması səbəbindən xərclərin artması ilə üzləşəcəklər. “TrendForce” şirkətinin qiymətləndirməsinə görə, 2018-ci ildə smartfonların illik istehsal həcmi 5% yüksələrək 1,53 milyard aparat təşkil edəcək.
Ayrı-ayrı şirkətlərin nəticələrini xarakterizə edən analitiklər bildiriblər ki, 2017-ci ildə smartfon sahəsinin lideri “Samsung” şirkəti ötən ilin nəticəsini 3% yaxşılaşdıraraq 320 milyon aparat istehsal edib. Mütəxəssislər hesab edirlər ki, 2018-ci ildə Cənubi Koreya nəhəngi smartfon bazarında birinci yeri qoruyub saxlayacaq, amma xəbərdarlıq edirlər ki, həm yüksək dərəcəli aparatlar seqmentində, həm də ucuz qurğular kateqoriyasında güclü rəqabət baxımından “Samsung” smartfonlarının istehsal həcmi 3% azalacaq.
Dünyada ikinci böyük smartfon istehsalçısı olan “Apple” korporasiyası 2017-ci ildə “iPhone” istehsalını 3% artırıb. Analitiklər 2018-ci ildə 7,5%-lik artım proqnozlaşdırıblar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL