waplog

Qalaktik “GPS” sisteminin sınaqları keçirilib


ABŞ Kosmik Agentliyi rentgen pulsar siqnallarının istifadə olunduğu naviqasiya sisteminin uğurlu sınaqlarını keçirib. Bu barədə agentliyin saytında deyilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, eksperiment Beynəlxalq Kosmik Stansiyada quraşdırılan "NICER" (Neutron-star Interior Composition Explorer) aparatı vasitəsilə aparılıb. Qurğu 2017-ci ilin noyabrında iki həftə ərzində 4 pulsarı izləyib və onların siqnalları əsasında kosmik stansiyanın orbitin hansı nöqtəsində olmasını müəyyənləşdirib.
 
Məlumata görə, əldə olunan koordinatlar "GPS" sisteminin informasiyası ilə müqayisə edildikdən sonra məlum olub ki, "NICER" Beynəlxalq Kosmik Stansiyanın 16 km radius dairəsində olduğu yerin hesablamasını aparıb. Bu nəticə eksperiment ərzində olduğu kimi qalıb.
 
Qeyd olunur ki, "GPS" sistemi yeri bir neçə metr dəqiqliklə müəyyənləşdirir, lakin məsafənin milyonlarla kilometr ölçüldüyü kosmosda belə dəqiqlik tələb olunmur. Agentlik "NICER" aparatının yüz metr dəqiqliyinə nail olmaq niyyətindədir.
 
Qeyd edək ki, pulsarlar güclü maqnit sahəsi ilə fırlanan neytron ulduzlar olmaqla radio və rentgen şüalanma mənbələridir. Pulsar siqnalları Yerə mütəmadi təkrarlanan impulslar şəklində gəlib çıxır.
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL