waplog

Qazaxda «Elektron ticarət və sahibkarlıq fəaliyyətində onun rolu» mövzusunda seminar keçirilib


Qazax rayonunda İqtisadi İnkişaf Nazirliyinin (İİN)Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə «Elektron ticarət və sahibkarlıq fəaliyyətində onun rolu» mövzusunda seminar keçirilib.

Tədbirdə Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının əməkdaşları, eləcə də Qazax rayonunda müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayan gənclər iştirak edib.

Tədbirdə elektron ticarət və onun əhəmiyyəti, «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)» və «Azərbaycan Respublikasında 2010-2011-ci illərdə «Elektron hökumət»in formalaşdırılması üzrə Fəaliyyət Proqramı» çərçivəsində həyata keçirilən tədbirlər, elektron ticarət portallarının xüsusiyyətləri, elektron ticarətlə bağlı beynəlxalq təcrübə, elektron sənəd dövriyyəsi və s. barədə ətraflı məlumatlar verilmiş, www.b2b.az elektron ticarət portalının təqdimatı keçirilib.

Seminar çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL