waplog

“Samsung Exynos 7872” mobil prosessoru altı nüvə ilə təchiz edilib


“Samsung” şirkəti orta səviyyəli smartfonlarda istifadə üçün nəzərdə tutulan “Exynos 5 Series 7872” mobil prosessorunu rəsmən təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, 14 nanometrlik “FinFET” texnologiyası üzrə istehsal olunan mobil prosessorun tərkibinə 6 hesablayıcı nüvə - 2,0 QHs takt tezlikli iki “ARM Cortex-A73” və 1,6 QHs takt tezlikli dörd “ARM Cortex-A53” daxildir.

Məlumata görə, qrafik alt sistem inteqrasiya edilmiş “Mali-G71 MP1” kontrollerinə əsaslanır. “Exynos 5 Series 7872” platformalı qurğular “WUXGA” (1920 × 1200 piksel) təsvir ölçülü ekranla təchiz edilə bilər.

Prosessor “LPDDR3” operativ yaddaşından və “eMMC 5.1” fləş-yaddaşından istifadəyə imkan verir. Bundan əlavə, “Wi-Fi 802.11n” və “Bluetooth 5.0” simsiz rabitəsi, eləcə də “GPS”, “GLONASS”, “BeiDou” və “Galileo” peyk naviqasiya sistemləri dəstəklənir.

Bildirilir ki, yeni platforma mobil qurğuların ön və arxa kameralarının hər birini 21,7 milyon piksel təsvir ölçüsü ilə təchiz etməyə imkan verir. İstifadəçilərin gözün qüzehli qişasına görə identifikasiya sistemi üçün əlavə 8 meqapikselli ötürücünün quraşdırılması mümkündür.

Çipdə dördüncü nəsil mobil şəbəkələrdə (4G) iş üçün “LTE” modemi quraşdırılıb. İnformasiyanın yüklənmə sürəti 300 Mbit/saniyə, məlumatların baza stansiyası istiqamətində ötürülmə sürəti isə 150 Mbit/saniyə təşkil edə bilər.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL