waplog

Kvant peyk məlumatları 7600 km məsafəyə ötürüb


Çinin iki il əvvəl orbitə buraxılan kvant peyki bir sıra eksperimentlərin aparılmasına kömək edib, ötən yay isə informasiyanı bir-birindən min km aralıda yerləşən üç yerüstü stansiyaya ötürüb. Bu yaxınlarda Çin fizikləri məlumatları Avstriyanın Qras və Çinin Sinlun şəhərləri arasında mühafizəli kanal vasitəsilə ötürərək yenidən rekorda imza atıblar. Şəhərlər arasında məsafə 7 min kilometrdən çoxdur.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, mütəxəssislər izah edib ki, eksperimentin məqsədi məhz bu şəbəkənin iş qabiliyyətinin nümayiş etdirilməsindən ibarətdir. Bu səbəbdən bütün sazlamalar həyata keçirilib, informasiya əvvəlcə bir sonluğa, sonra digərinə göndərilib. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Çin mütəxəssisləri qitələrarası kvant şəbəkə də yaradaraq ondan informasiyanın ötürülməsi üçün istifadə edə biləcəklər. Avstriya tərəfindən eksperiment iştirakçılarının sözlərinə görə, bu, yaxın illərdə yaradılması gözlənilən mükəmməl kvant internetinin hazırlanması üçün yeni imkanlar açır.

Kvant dolaşıqlıq fenomeni sayəsində bu şəkildə ötürülən məlumatlara müdaxilə qeyri-mümkündür və məhz buna görə mümkün müdaxilə və ya dinləmə istisna edilir. Mütəxəssislər əmindir ki, kvant texnologiyalarından gələcəkdə geniş istifadə olunacaq.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL