waplog

İlk robot satıcı işə başlayandan bir həftə sonra qovulub


Yaponiyanın “Softbank” şirkəti tərəfindən hazırlanmış “Pepper” adlı dünyada ilk robot satıcı öz vəzifəsinin öhdəsindən gəlməyib.

Nəşrin məlumatına görə, Edinburqda fəaliyyət göstərən “Margiotta Food & Wine” adlı ərzaq mağazası robotu quraşdırdıqdan bir həftə sonra onu ticarət zalından götürüb, çünki robotun işi şəbəkənin rəhbərliyini qane etməyib.

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, məlumata görə, robot çox vaxt alıcının xahişinin mahiyyətini başa düşməyib. Məsələn, robot satıcı “süd paketi harada yerləşir” sualına “süd məhsulları bölməsində” deyə cavab verərək onun dəqiq yerini izah etmirdi.

Bundan başqa, qurğu mağazanın səs-küylü zalında sözləri bir-birindən ayıra bilməyərək pis eşidir, həmçinin yersiz zarafat edirdi.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL