waplog

Göyçayda daha 9 poçt şöbəsi bank və maliyyə xidmətinə qoşulur


Hal-hazırda “Azərpoçt” MMC-nin 890 poçt şöbəsi bank və maliyyə xidmətləri göstərir. Bu barədə məlumat verən “Azərpoçt”MMC-nin Maliyyə xidmətləri marketinq şöbəsinin rəisi Yaşar Əhmədov bildirdi ki, yaxın günlərdə bu poçt şöbələrinin sayı bir qədər də artacaq.

Onun sözlərinə görə, Göyçay Regional Poçt filialının daha 9 poçt şöbəsinə Mərkəzi Bank tərəfindən bu xidməti göstərmək üçün lisenziya veriləcək.

Bu poçt şöbələrində vətəndaşlara lisenziya depozit qəbulu və kredit verilməsindən başqa digər bank xidmətləri təqdim olunacaq.”Poçt şöbələrində valyuta mübadiləsi məntəqəsinə böyük maraq var.

Xidmət sahəsi olduğundan burada digər xidmətlər də təklif olunur. Bundan başqa bu poçt şöbələrində vətəndaşlar “Western Union” xidmətinə də qoşulacaq ki, bu da poçt şöbələrinin statusunu bir qədər də artıracaq”- deyən Y.Əhmədov layihə üzrə 1200 poçt şöbəsinin bank və maliyyə xidmətlərinə qoşulacağını bildirdi.

Bank və maliyyə xidmətləri şəbəkəsini genişləndirməyi qarşıya hədəf seçən müəssisə bu layihəni həyata keçirməklə istənilən bankla rəqabət aparmaq və onu üstələməyi qarşıya məqsəd qoyub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL