waplog

Rekord tutumlu “microSD” kartı təqdim olunub


“Integral Memory” şirkəti dünyada ilk dəfə 512 giqabayt tutuma malik “microSDXC” formatlı yaddaş kartını təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, hazırda bu, bütün analoji toplayıcılar arasında ən yüksək göstərici hesab edilir. Kart uyğun noutbuk, smartfon, planşet, musiqi pleyeri və digər mobil qurğularda yaddaşın genişləndirilməsi üçün nəzərdə tutulub.

Məlumata görə, “microSDXC” yaddaş kartı “Video Speed Class 10” sinfinə aid olmaqla məlumatların sürətli ötürülməsini təmin edir, “Full HD” formatlı videonun çəkilişini rəqəmli və “action” kameralar, pilotsuz uçan aparat və digər texnika vasitəsilə yaxşılaşdırır. Həcmin artırılması daha çox çəkilmiş material saxlamağa imkan verir.  

“Integral Memory” şirkətinin marketinq üzrə meneceri Ceyms Danton qeyd edib ki, istehlakçılar toplayıcıların tutumunun artırılmasına ehtiyacın olmasını açıq şəkildə büruzə verirlər, çünki mobil qurğular onların əksəriyyəti üçün gündəlik həyatda vacib əşyaya çevrilib. “Genişləndirilmiş yaddaşın təqdim edilməsi smartfon, planşet və “action” kamera və dronlar kimi sayı artmaqda olan digər mobil qurğular üçün aktualdır. Biz şirkət olaraq dünyada ilk dəfə 512 giqabaytlıq “microSDXC” kartı buraxmaqla fəxr edirik”, - şirkət meneceri vurğulayıb.

Yaddaş kartının spesifikasiyaları: məlumatların 90 MB/saniyə sürətinədək ötürülməsi; “microSDHC/XC Class 10”; “UHS-I, Class 1”; 512 giqabaytlıq quraşdırılmış yaddaş; dəstə qoruyucu çexol daxildir; beşillik zəmanət.

Qiyməti hazırda açıqlanmayan “microSDXC” yaddaş kartının fevralda satışa çıxarılacağı gözlənilir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL