waplog

“Android” sistemi ən sürətli “Wi-Fi” şəbəkəsini tapmağa kömək edəcək


“Android 8.1” (Oreo) əməliyyat sistemi istifadəçi simsiz şəbəkəyə qoşulmazdan əvvəl “Wi-Fi” şəbəkəsinin siqnal səviyyəsini və sürətini göstərməyə başlayacaq. Yeni funksiyanı aktivləşdirən yeniləmə bu həftə ərzində istifadəçilərin ixtiyarına veriləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, dekabrda buraxılan “Android 8.1” hazırda geniş yayılmadığına görə ilk yeniləmələrlə əməliyyat sisteminin ən yeni versiyasının quraşdırıldığı “Pixel”, “Pixel 2”, “Nexus 6P” və “Nexus 5X” smartfon modelləri təmin ediləcək.  

Məlumata görə, “Android” sistemi “Wi-Fi” sürətini yalnız ictimai şəbəkələrə qoşulmazdan əvvəl göstərəcək. Parolla mühafizə edilən qapalı nöqtələr bu informasiyadan yararlana bilməyəcək.

Siqnalın səviyyəsini “Wi-Fi” nişanı göstərəcək: nişan nə qədər rəngli olsa, siqnal bir o qədər güclü olacaq. Şəbəkələr sürətə görə 4 kateqoriyaya bölünəcək: zənglər etməyə və mətnli bildirişlər göndərməyə imkan verən “Zəif”, saytlar açmağa və musiqi dinləməyə imkan verən “Normal”, eləcə də onlayn videoya baxmağa şərait yaradan “Sürətli” və “Çox sürətli”.  

Qoşulma sürətinin ekranda göstərilməsini işə salmaq üçün “Şəbəkə və internet” -> “Wi-Fi” -> “Wi-Fi sazlaması” -> “Əlavə sazlamalar” -> “Şəbəkələrin mənbə reytinqi” -> “Yox” funksiyalarına keçid almaq tələb olunur.  

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL