waplog

2018-ci ildə dünyada robot və dronların satınalmasına 103 milyard dollar xərclənəcək


“IDC” analitiklərinin proqnozuna görə, 2018-ci ildə robot texnikası və pilotsuz uçan aparatlara qlobal xərclər 103 milyard dolları ötəcək ki, bu da 2017-ci illə müqayisədə 22,1% yüksəkdir. Ekspertlərin gözləntilərinə görə, 2021-ci ilə bu sahə üzrə xərclər 2  dəfə artaraq 218,4 milyard dollara yaxınlaşacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, analitik şirkətin məlumatına görə, 2018-ci ildə robotlara xərclər 94 milyard dollar təşkil edəcək. Bu halda robot texnikası üzrə qlobal xərclərin 70%-dən çox hissəsi sənaye robotlarının payına düşəcək. Həmçinin xidmət göstərən robotlara və istehlak modellərinə yüksək tələbat olacaq.

“IDC”-nin proqnozuna görə, 2018-ci ildə dünyada pilotsuz uçan aparatların satınalmasına 9 milyard dollar xərclənəcək.

Analitiklərin fikrincə, dronlara xərclərin 50%-dən çoxu korporativ istifadə üçün nəzərdə tutulmuş modellərin payına düşəcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL