Çin universitetində tələbələrin inşalarını yoxlayan süni intellekt tətbiq edilib
Çjeszyan əyalətində yerləşən universitet öz tələbələrinin çin dilində yazılmış inşalarını yoxlamaq üçün süni intellektdən istifadəyə başlayıb.
"ICTnews" Elektron Xəbər Xidməti "belta.by" saytına istinadən yazır ki, "Süni intellekt çin dilində yazılmış inşanı yoxlamağa 40 saniyə vaxt sərf edir" - Çjeszyan Xarici Dillər Universitetinin çin dili üzrə professoru deyib.
Rusiya, Koreya Respublikası və Zambiya daxil olmaqla 6 ölkədən 11 tələbə yekun imtahan verib. Süni intellekt əsasında yaradılmış korrektor müxtəlif səhvləri dəqiq aşkar edib.
Süni intellekt əsasında yaradılmış korrektor Çinin "Alibaba" internet-nəhəngi tərəfindən hazırlanıb. Şirkətin məlumatına görə, yeni proqramın dəqiqliyi insan dəqiqliyinə çox yaxındır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL