“Red Hydrogen One” holoqrafik smartfonu yayda satışa çıxarılacaq
Ötən il “Android” sistemli “Hydrogen One” smartfonunu nümayiş etdirən məşhur kameralar istehsalçısı “Red” şirkəti bu dəfə yeni qurğunun texniki xüsusiyyətləri barədə məlumatlar açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, şirkət rəhbəri Ceyms Cannardın sözlərinə görə, smartfon iki rejimdə - adi “2D” və holoqrafik “4V” rejimində işləyəcək 5,5 düym diaqonallı ekranla təchiz ediləcək. “4V” rejimi eynək tələb etmədən təsviri “3D” formatından daha yaxşı göstərəcək. Bundan başqa, smartfon videonu yeni “4V” formatında çəkə biləcək. Şirkət bu formatlı videonu paylaşmağa və ya satmağa imkan verəcək “Hydrogen Network” platformasını istifadəyə verməyi planlaşdırır”- o bildirib.
Həmçinin məlum olub ki, “Hydrogen One” smartfonu “Snapdragon 835” prosessoru, qulaqcıqlar üçün 3,5 millimetrlik çıxış, “USB-C” və “microSD” çıxışları və 4500 milliamper/saat tutumlu akkumulyator ilə təchiz olunacaq.
Qeyd edək ki, 2017-ci ilin yayında “Red” şirkəti ilk smartfon üçün ilkin sifarişlərin qəbuluna başlayıb. “Hydrogen One” iki variantda – qiyməti 1595 dollar təşkil edən titan korpusda və alümin korpusda (1195 dollar) təklif olunub. Qurğunun bu ilin yayında satışa çıxarılacağı gözlənilir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL