waplog

Harvard Universitetində sikkə ölçüsündə robot-cərrah düzəldilib


Harvard Universiteti nəzdində Viss İnstitutunun alimləri oriqami texnikasından istifadə edərək “milliDelta” adlı miniatür robot-cərrah düzəldiblər. Robotun ölçüsü (diametri 19 mm təşkil edir) 1 sentlik sikkə boydadır.

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, miniatür ölçülü robot-cərrah onu unikal çeviklik, dəqiqlik və lazımi hərəkət sürəti ilə təmin edən pyezoelektrik qurğularla təchiz edilib. Robot 75 Hs tezlikdə işləyir. Onun yaradıcıları iddia edirlər ki, robot məhdud məkanda bir neçə mikrocərrahi əməliyyat yerinə yetirə bilər.

Alimlər sözügedən robotun yaradılması zamanı düz materiallardan mürəkkəb strukturlar yaratmağa imkan verən “Pop-up MEMS” texnologiyasından istifadə ediblər. Həmçinin “RoboBee” adlı uçan robotun yaradılmasında bu texnologiya tətbiq edilmişdi.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL