İsveçdə ilk sürücüsüz sərnişin avtobusunun sınaqları keçirilir
Stokholmda ilk sürücüsüz sərnişin avtobusunun sınaqları keçirilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, İsveç üçün yeni ictimai nəqliyyat növü elektriklə işlədiyinə görə yavaş və səssiz hərəkət edir. Altı oturacağın quraşdırıldığı 3,3 ton ağırlığında avtobusun sərnişin tutumu 12 nəfər təşkil edir. Təhlükəsizliyə riayət etmək üçün nəqliyyat vasitəsinin daxilində hərəkətə məsul sürücü yerləşdirilib.
Məlumata görə, avtobus yoldakı bütün maneələri qeydə alan və əyləcə basmaq lazım gələndə siqnal verən xüsusi ötürücülərlə təchiz edilib. Bəzən ötürücülər təkcə real maneələri deyil, həm də buxar tüstüsü kimi ziyansız obyektlərə reaksiya verirlər. Belə hallarda avtobusun hərəkəti zəifləsə də, zərurət yarandıqda əllə idarəetmə rejiminə keçərək çətin yeri sürətlə qət etmək mümkündür.
Fransanın “Easymile” şirkətinin iki avtonom avtobusunun 6 ay ərzində Stokholmda sınaqdan keçirilməsi planlaşdırılır. Nəqliyyat vasitələri əvvəlcədən proqramlaşdırılan 1,5 kilometrlik marşrut üzrə saatda 20 km sürətlə hərəkət edəcəklər.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL