waplog

“Google Play” mağazasında yükləmələr üzrə yeni rekord qeydə alınıb


"App Annie" tədqiqat firması 2017-ci ilin dördüncü rübündə "Google Play" və "Apple App Store" mobil proqram mağazalarının vəziyyəti üzrə statistika dərc edib. Məlumatlara əsasən, "Google" yüklənmiş proqramların sayına görə yeni dünya rekorduna imza atıb. Lakin "iOS" istifadəçiləri əvvəlki kimi daha çox pul xərcləməyə hazırdırlar.

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, ötən ilin dördüncü rübündə "Google Play" mağazasından 19 milyard mobil proqram yüklənilib ki, bu da ötən illə müqayisədə 10% çoxdur. Qeyd etmək lazımdır ki, bu rəqəm yalnız yeni yükləmələrə aiddir. Bu artımı əsasən inkişaf etməkdə olan Hindistan bazarının yeni istifadəçiləri təmin ediblər. Hindistan, hətta 2017-ci ildə "Play Store" və "App Store" mağazalarında yükləmələr üzrə ABŞ-ı geridə qoyub.

2017-ci ilin dördüncü rübündə "App Store" mobil tətbiq mağazasında yükləmələrin sayı 7,7 milyard təşkil edib. Hərçənd bu göstərici "Google Play" ilə müqayisədə 145% azdır, amma "iOS" istifadəçiləri hesabat rübündə 95% daha çox pul xərcləyiblər. Belə ki, "App Store" mağazasının  gəliri 11,5 milyard dollar olduğu halda, "Google Play"də bu göstərici yalnız 5,9 milyard dollar təşkil edib.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL