waplog

İnsan emosiyalarını müəyyənləşdirən texnologiya təqdim edilib


Yaponiyanın “Panasonic” korporasiyası tərəfindən təqdim edilmiş texnologiya müşahidə olunan insanların emosional vəziyyətini məsafədən müəyyənləşdirmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxsin sifətini təhlil edən qurğu onun emosional və qismən fiziki vəziyyətini dəqiq qiymətləndirə bilir: məsələn, qurğu insanın hirsli olması, yaxud üzülməsini müəyyənləşdirə bilir.

“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, iki kamera bir neçə əsas göstəricini (nəbz, göz qırpma tezliyi və sürətini, qaş və ağızın vəziyyəti, həmçinin insan bədəninin temperaturunu) kontaktsız qeydə alır: Sistem toplanmış nəticələrin analizi əsasında yaşanan emosiyaların tip və gücünü müəyyənləşdirir

Texnologiya, həmçinin kənar amilləri nəzərə alır: məsələn, insana soyuq  və ya isti olmasını, həmçinin yuxululuq dərəcəsini.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL