waplog

“Apple” şirkəti “iPhone X” istehsalını 2 dəfə azaldacaq


“Apple” korporasiyası qabaqcıl “iPhone X” smartfonlarının istehsalına sifarişləri 2 dəfə azaltmağa dair qərar verib. Bu haqda “The Nikkei Asian Review” nəşri yazıb.
 
Nəşrin məlumatına görə, ABŞ şirkəti cari ilin martınadək Çində fəaliyyət göstərən fabriklərdə 40 milyon cihaz yığmaq planına düzəliş edərək onu 20 milyona endirib. Bu, yeni smartfona olan zəif tələbatla bağlıdır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, ABŞ-da “iPhone X” smartfonunun qiyməti 999 dollardan başlayır.
22 yanvar tarixində “KGI Securities” şirkətinin baş analitiki Minq-Çi Kuo tezliklə “iPhone X” smartfonunun istehsal və satışının dayandırılması haqda məlumat verib. Onun sözlərinə görə, “Apple” 2018-ci ilin yayında sözügedən smartfonun istehsalını dayandıracaq və yeni modelin çıxarılması ilə həmin modelin satışına son veriləcək. Analitik bunu aparatın satış həcminin az olması ilə izah edib.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL