Dubayda evlər zibildən əldə edilmiş elektrik enerjisi ilə isidiləcək
Dubay bələdiyyəsi zibildən elektrik enerjisi əldə etmək üçün “Waste to Energy” (WTE) adlı böyük layihə istifadəyə verib. Layihənin gücü il ərzində 120 min evi "təmiz enerji" ilə təmin etməyə kifayət edəcək. Bu haqda “Khaleej Times” nəşri yazır.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, layihə çərçivəsində ildə 1,82 milyon ton zibil emal ediləcək, texnologiya 171 meqavatt elektrik enerjisi istehsalına imkan verəcək. Bu, il ərzində 120 min evi "təmiz enerji" ilə təmin etmək üçün kifayətdir. Nəşr yazır ki, 171 meqavatt həcmində enerji Bürc Xəlifə (hündürlüyü 828 metr təşkil edir) kimi 2 min belə göydələnin elektrik enerjisinə olan tələbatını ödəməyə bəs edir.
Layihə üzərində aparılan işlər 2020-ci ilədək başa çatdırılacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL