waplog

Amerikalılar istehsalçılardan smartfonlara qurulan batareyaları çıxarılıb taxılan etməyi tələb edirlər


Vaşinqton ştatında istehlakçılar üçün sadələşdirilmiş elektronika təmirini təmin etmək üçün nəzərdə tutulmuş qanun layihəsi nəzərdən keçirilir. "Apple" şirkətinin "iPhone" smartfonunda məhsuldarlığın azaldılması ilə bağlı etirafı sözügedən qanun layihəsinin qəbulunu  gündəmə gətirib. Həm də müasir cihazların təmiri ilə bağlı çətinlik ictimaiyyətin diqqətini yenidən cəlb edib.

"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, qanun layihəsi "təmir hüququ" ("right-to-repair") adlandırılıb və şirkətlərin qurğuların təmiri sahəsindəki inhisarçılığının qarşısını almalıdır. Ötən il ABŞ-ın 12 ştatında elektronika istehsalçılarından təmir haqda informasiyanı istifadəçilər və kənar ustalar üçün əlçatan etməyi, həmçinin təmir üçün ehtiyat hissələrini satmağı tələb edən qanunlar təqdim edilib.

İndi Vaşinqtonda lazımi instansiyalardan keçən yeni qanun layihəsində smartfon batareyalarını diaqnostika və təmir üçün asanlıqla çıxarıla bilən etmək tələb olunur. Əgər sözügedən qanun layihəsi qüvvəyə minsə, 2019-cu ildən batareyası çətin çıxarılan və ya ümumiyyətlə, çıxarılmayan akkumulyatorlarla təchiz edilmiş qurğuların satışı qadağan ediləcək. Qanun simsiz qulaqlıqlar kimi cihazları nəzərdə tutmur.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL