waplog

Yeni nəsil “iPad” planşeti 2018-ci ilin sonunda təqdim olunacaq


Nüfuzlu analitikin versiyasına görə, yeni "iPad" planşeti neyron şəbəkəsinə malik prosessor və "Face ID" texnologiyası ilə təchiz ediləcək.

"ICTnews" Elektron Xəbər Xidməti "life.ru" saytına istinadən yazır ki, "Apple" şirkəti 2018-ci ilin sonunadək yeni "iPad" planşeti təqdim etməyə hazırlaşır. Bu haqda tanınmış analitik Mark Qurman "Bloomberg" nəşrinə deyib.

Onun fikrincə, "Apple" şirkəti cari ilin sonunadək yeni "iPad" planşeti təqdim edəcək. Həm də bu, süni intellekt və neyron şəbəkəsi dəstəyinə malik prosessorla təchiz edilmiş planşet olacaq. Ekspert düşünür ki, şirkət yeni nəsil "iPad" planşetini "Face ID" biometrik skaneri ilə təchiz edəcək.

Emil  Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL