“Airbus” konserni tərəfindən hazırlanmış uçan taksi ilk uçuşunu yerinə yetirib
“Airbus” aviatikinti konserninin A3 bölməsi tərəfindən hazırlanmış “Vahana” adlı sürücüsüz hava taksisi ilk uçuşunu yerinə yetirib. Bu haqda layihənin bloqunda məlumat verilib.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, 31 yanvar tarixində Pendltonda yerləşən aerodromda yerinə yetirilmiş sınaq uçuşunda uzunluğu 6,2 metr, eni 5,7 metr olan “Vahana” sürücüsüz hava taksisinin prototipi 5 metr hündürlüyündə şaquli uçub, 1 dəqiqə müddətində havada qalıb və rahat şəkildə yerə enib. Növbəti gün prototip ikinci uçuşu həyata keçirib.
Qeyd edək ki, başqa şirkətlər də hava taksisi hazırlamaqla məşğuldurlar. Məsələn, ötən ilin sentyabrında Almaniyanın “Volocopter” (E-volo) şirkəti tərəfindən hazırlanmış “Volocopter 2X” adlı sərnişin dronu Dubayda ilk sınaq uçuşunu yerinə yetirib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL