Bakı qəsəbələri optik kabellərlə təchiz edilir
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Prezident İlham Əliyev cənablarının Bakının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair məlum sərəncamının telekommunikasiya sahəsinin icrası istiqamətində təxirəsalınmaz işləri davam etdirir.
Bu barədə ICTnews-ə məlumat verən birliyin baş direktor müavini Xankişi Kişiyev bildirdi ki, tədbirlər planının icrası məqsədilə Mərdəkandan Zirə, Pirallahı, Gürgan, o cümlədən Səngəçal, Qobustan, Ələt qəsəbələri istiqamətində optik kabellərin çəkilməsi təmin edilib.”Yaxın vaxtlarda Bakının bütün qəsəbələrinin birləşdirici xətləri optik kabellər üzərindən həyata keçiriləcək. Əvvəllər birləşmə radio rele avadanlığı ilə aparılsa da, bu, o qədər effektli deyildi ” - deyə Kişiyev bildirdi.
Qeyd edək ki, Bakının ətraf qəsəbələrinin rabitə şəbəkəsinin optikləşdirilməsi keyfiyyətli rabitə xidməti ilə yanaşı, sakinlərin ADSL xidmətlərindən istifadəsinə şərait yaratmış olacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL