waplog

“Galileo” sistemi istifadəçilərinin sayı 100 milyona çatıb


Avropanın “Galileo” peyk sisteminin istifadəçilərinin sayı hazırda 100 milyon təşkil edir. Bu barədə Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzinin (CNES) məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, mərkəzin bəyanatına görə, “Galileo” artıq gündəlik həyatda yerini möhkəmləndirib ki, bunu da onunla əlaqədar çoxsaylı mobil əlavələr sübut edir: son nəsil smartfonlar “Galileo” xidmətlərini təklif edir, eləcə də ondan avtonom avtomobil tərtibatçıları yararlanır.

“CNES” mərkəzinin rəhbəri Jan-İv Le Qal bildirib ki, “Galileo” sistemi Avropanın kosmosda gücünü təmin etməyə imkan verən uğurun ən yaxşı təcəssümüdür. “Biz artıq kosmik sahədə dünyanın aparıcı oyunçusu qismində çıxış edirik və bu sahədə beynəlxalq əməkdaşlığın aparıcı qüvvəsinə çevrilmişik”, - o qeyd edib.

“Galileo” Avropa İttifaqı (Aİ) və Avropa Kosmik Agentliyinin birgə peyk naviqasiya sistemi layihəsidir. Geodeziya və naviqasiya işlərinin həlli üçün nəzərdə tutulan sistemə ABŞ-ın “GPS” və Rusiyanın “GLONASS” peyklərindən fərqli olaraq milli hərbi qurumlar tərəfindən nəzarət edilmir. 

Hazırda orbitdə “Galileo” peyklərinin sayı 22 təşkil edir. Çəkisi 700 kiloqrama yaxın aparatlar 23 222 km hündürlükdə (GPS-də bu göstərici 20 180 km təşkil edir) yerləşir.

Sistemin orbitə 24 peykin hamısı çıxarıldıqdan sonra 2020-ci ildə tam işə düşəcəyi gözlənilir, lakin artıq agentlik 26 aparat sifariş edib, gələcəkdə isə onların sayının 30 ədədə çatdırılması nəzərdə tutulur. Bu günədək Avropa İttifaqı “Galileo” proqramına 5 milyard avrodan çox vəsait xərcləyib, 2020-ci ilədək isə xərclər daha 7 milyard avro təşkil edə bilər. Sistemin dəqiqliyi, həmçinin çoxsaylı aparatlar və onların təchiz edildiyi daha müasir atom saatları (səhv 1 nanosaniyə qiymətləndirilir) ilə əlaqədardır. Sistemin siqnalının hətta yeraltı tunellərə çatacağı bildirilir. Əlavə ödəniş əsasında isə müştərilər obyektlərin olduğu yerləri 1 santimetr dəqiqliklə müəyyənləşdirə biləcəklər.

“Galileo” naviqasiya sistemindən, həmçinin axtarış və xilasetmə işləri üçün istifadə etmək nəzərdə tutulur. Mövcud analoqlara insanın 10 kvadrat km ərazidə aşkarlanması üçün 3 saatadək vaxt tələb olunur. Ekspertlərin hesablamalarına görə, “Galileo” sisteminə bunun üçün 10 dəqiqə lazım olacaq, eləcə də axtarış ərazisi 5 kvadrat km-dək azalacaq.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL