Ekspertlər: “Windows 10” populyarlığa görə “Windows 7” sistemini üstələyib”
"StatCounter" analitik şirkəti "Windows 10" əməliyyat sisteminin istifadəçilər arasında "Windows 7" sistemindən daha populyar olmasını açıqlayıb. Bu ilin yanvarında yeni əməliyyat sisteminin payı ilk dəfə köhnə platformanın göstəricilərini üstələyib.
"ICTnews" Elektron Xəbər Xidməti "OA" resursuna istinadən yazır ki, ekspertlərin sözlərinə görə, hazırda "Windows 10" sisteminin aktual versiyası istifadəçi kompüterlərinin 42,7 faizində quraşdırılıb. "Microsoft" korporasiyasına məxsus köhnə sistemlə isə qurğuların 41,8 faizi təchiz edilib. Bundan başqa, qurğuların təxminən 8,7 faizi "Windows 8.1" sistemi əsasında işləyir. Qurğu istifadəçilərinin 3,36 faizi "Windows XP", 2,44 faizi "Windows 8", 0,74 faizi "Windows Vista" sistemlərinə üstünlük verir.
Ekspertlərin sözlərinə görə, qeyd olunan rəqəmlər "Windows" əməliyyat sisteminin bu və ya digər versiyası ilə işləyən kompüterlərin seçimini göstərir. Qlobal statistikaya gəldikdə, göstərilən əməliyyat sistemi ilə işləyən fərdi kompüterlərin qurğularda payı 83 faiz təşkil edir. Əməliyyat sistemlərinin populyarlıq göstəricilərinə görə sonrakı yerlərdə "macOS" (12,8 faiz), "Linux" (1,43 faiz) və "Chrome OS" (0,9 faiz) qərarlaşıb.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL