waplog

Ekspert: “Gələcəkdə insan bədənini əvəzləmək mümkün olacaq”


Robot texnikası üzrə ekspert Kris Middlton “Daily Star Online” saytına müsahibədə robotlar və süni intellektin insanlara əbədi yaşamağa köməyi barədə söz açıb. O bildirib ki, belə texnologiyalarla məşğul olan şirkətlərin əksəriyyəti yardımçı texnologiyaların insan həyatını yaxşılaşdıracağına inanır.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, onun sözlərinə görə, istənilən şirkət və ya hökumətin insanlar üçün faydanı maksimum səviyyəyə çatdırmaq məqsədilə süni intellekt və robot texnikasından istifadə edə biləcəyini ehtimal etmək mümkündür.

Ekspert, həmçinin qeyd edib ki, texnologiyalar intellektə toxunmadan insan bədənini əvəzləməyə imkan verə bilər.

“50 və ya 100 ildən sonra insan bədənini əvəzləmək mümkün olacaqmı? Mən bunu inkar etmək istəməzdim”, - K.Middlton vurğulayıb.

Bununla yanaşı, qeyd olunur ki, robotlaşdırma və süni intellektin gələcəkdə böyük rol oynayacağı ilə bağlı geniş yayılmış fikirlərə baxmayaraq bu mülahizələr yalnız proqnozdur.

“Mən robot texnikası və süni intellekt haqqında yazıram, çünki bunun sayəsində bizim cəmiyyəti hansı formada görmək istəyimizlə bağlı vacib məsələlər qaldırılır”, - o əlavə edib.  

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL