2018-ci ildə qlobal İKT xərclərinin həcmi 4 trilyon dollara yaxınlaşacaq
“IDC” analitiklərinin proqnozuna görə, 2018-ci ildə informasiya-kommunikasiya texnologiyalarına (İKT) sərf olunacaq qlobal xərclərin həcmi təxminən 4 trilyon ABŞ dolları təşkil edəcək. Yuxarıda göstərilən məbləğin 33%-i və ya 1,5 trilyon dollardan çox hissəsi istehlak bazarının payına düşəcək, ancaq eyni zamanda bu seqmentdə ən zəif artım tempi (1.2%) qeydə alınacaq. İstehlak yönümlü İKT xərclərinin təxminən 80%-ni qurğu və mobil rabitə xidmətlərinə aid xərclər təşkil edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2018-ci ildə bank xidmətləri sektoru, diskret istehsal, telekommunikasiya sənayesi və peşəkar xidmətlər İKT xərcləri üzrə lider olacaqlar. Adıçəkilən sahələr üzrə birgə 900 milyarddan çox dollar xərclənəcək. Bütün adıçəkilən sahələr proqram, infrastrukturun inkişafı, autsorsinq və rabitə xidmətinə böyük məbləğ xərcləyəcəklər.
ABŞ informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük töhfə verəcək. 2018-ci ildə bu ölkənin payına 1,3 trilyon dollarlıq İKT xərci düşəcək və gələcəkdə bu məqsədlər üçün xərclər ildə orta hesabla 3,6% yüksələcək. 499 milyard dollar məbləğində İKT xərci və 2021-ci ilədək 5,2%-lik artım tempinə malik Çin ikinci böyük bazar olacaq. Bundan başqa, ilk beşlikdə Yaponiya, Böyük Britaniya və Almaniya yer alacaq, amma ən yüksək CAGR göstəriciləri Filippin (+7,5%), Hindistan (+7%) və Peruda (+6,7%) qeydə alınacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL