waplog

“Intel” şirkəti “Vaunt” “ağıllı” eynəyinin prototipini nümayiş etdirib


ABŞ-ın "The Verge" nəşrinin jurnalisti "Intel" korporasiyasının hələ satışa çıxarılmayan "Vaunt" adlı "ağıllı" eynəyini sınaqdan keçirib. Şirkət bu il sözügedən cihazı satışa çıxarmağı planlaşdırır. Kamera və mikrofona malik olmayacaq "ağıllı" eynək əlavə reallıq sistemi ilə təchiz edilib.

"ICTnews" Elektron Xəbər Xidməti "belta.by" saytına istinadən yazır ki, jurnalistin sözlərinə görə, adi eynək kimi olan yeniliyin çəkisi 50 qramdır. "Ağıllı" eynək 400x150 piksel təsvir ölçüsünə malik şəkli gözün torlu qişasına proyeksiya edir. Bunun sayəsində təsvir həmişə gözün fokusunda olur və istənilən linzanı dəstəkləyir. Lakin bu eynəyi satın almazdan öncə göz bəbəklərinin oftalmoloq tərəfindən ölçülməsi lazımdır.

O qeyd edib ki, qurğuya gələn bildirişlərin hamısını oxuyub. Vibro-siqnal və dinamiklərin olmamağına baxmayaraq, ekranda baş verən istənilən hərəkət nəzərə çarpır. İstehsalçılar bildiriblər ki, onların hədəflərindən biri istifadəçi bezdirməyən ekran yaratmaq olub.

Jurnalistin sözlərinə görə, eynəyə öyrəşmək üçün ona 1 saatdan az vaxt lazım olub. Bundan sonra o, eynəyin ekranından rahat şəkildə oxuya və eyni zamanda danışa bilib.

Eynək "Bluetooth" modulu vasitəsi ilə istifadəçinin başqa cihazları ilə əlaqə yaradacaq.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL