3 kameralı “Huawei P20” smartfonu təqdim ediləcək
Bu, belə sayda obyektivə malik ilk aparat olacaq. Müasir smartfonlar adətən ikiqat kamera ilə təchiz edilir.
“ICTnews” Elektron Xəbər Xidməti life.ru saytına istinadən yazır ki, “Huawei” şirkəti 27 martda keçiriləcək tədbirə jurnalistləri dəvət edib. Həmin tarixdə Çin şirkəti 3 kameralı qabaqcıl “Huawei P20” smartfonunu nümayiş etdirəcək.
Kamera süni intellekti dəstəkləyəcək. “See mooore with AI” ("Süni intellektin köməyi ilə daha böyük imkanlar) ifadəsi buna işarə edir. Gözləntilərə görə, neyron şəbəkəsi çəkiliş vaxtı şəkilləri avtomatik emal edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL