Kompüter klaviaturadan istifadə xüsusiyyətlərinə görə insanın cinsini müəyyənləşdirəcək
Yunanıstanın Demokrit Universitetinin mütəxəssisləri 75 könüllü (36 kişi və 39 qadın) seçərək onların kompüterinə 10 ay ərzində hər klaviş basılmasını qeydə alan xüsusi “IrecU” keylogger proqramları quraşdırıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, toplanan faylların “IsqueezeU” statistik analiz proqramı ilə təhlili aparılıb. Proqram insanın mümkün korrelyasiyalarını mətnin müxtəlif yığılma xüsusiyyətlərinə görə qiymətləndirməyə imkan verib: klavişlərin basılma vaxtı, ayrı-ayrı hərflər arasında pauzalar və s.
Analizdən məlum olub ki, bu xüsusiyyətlərin bəzisi həqiqətən cinslə nəzərəçarpacaq dərəcədə korrelyasiya edir. “Digital Investigation” jurnalında dərc edilən məqalədə alimlər bu xüsusiyyətlər arasında “N” və ondan sonra gələn “O”, eləcə də “M” və “O” klavişləri arasında basılma pauzasını sadalayırlar. Tədqiqat müəllifləri bu fərqlərin səbəbləri ilə maraqlanmayıblar.
Məlumata görə, bu xüsusiyyətlərdən və onlarla əlaqədar çəki əmsallarından beş müxtəlif neyron şəbəkəsinin təlimi üçün istifadə olunub. Neyroşəbəkələr tezliklə istifadəçinin cinsini 78 faiz dəqiqliklə müəyyənləşdirə bilib. Onlar arasında ən yüksək nəticə isə 95 faizi ötüb.
Müəlliflərin fikrincə, belə analiz istifadəçinin cinsinin hiss edilmədən müəyyənləşdirilməsi – polis təhqiqatları və ya məqsədli reklam kampaniyalarının planlaşdırılması üçün alət ola bilər.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL