Təkrar emal olunan smartfonlardan avtomobil akkumulyatorları hazırlanacaq
“Samsung SDI” şirkəti avtomobil akkumulyatorlarının buraxılışı üçün smartfonların təkrar emalı proqramını istifadəyə verəcək. Bu barədə şirkətin press-relizində deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, proqramın məqsədi smartfon və avtomobil akkumulyatorlarının hazırlanması üçün istifadə olunan kobalt metalının hasil edilməsindən ibarətdir. Problem ondan ibarətdir ki, metalın qiyməti son vaxtlar kəskin bahalaşıb. Belə ki, son ildə kobaltın qiyməti 235 faiz – maddənin bir tonu üçün 34600 dollardan 81360 dollaradək artıb.
Kobalta tələbat elektromobillərin istehsalının artması səbəbindən yüksəlib. Metal sənayedə yüksək temperatura dözümlüyünə görə qiymətləndirilir. Bu isə akkumulyatorların etibarlığını artırır.
Məlumata görə, bir smartfonun istehsalında 5-10 qramadək, noutbukun - 30 qram, elektromobil batareyası üçün 5-20 kiloqram kobalt istifadə edilir.
Ümumilikdə 6 milyon ton ehtiyatın tədqiqi aparılıb. Konqo Demokratik Respublikasında metal ehtiyatı 3,4 milyon ton təşkil edir. Bundan başqa, kobalt ehtiyatları Avstraliya (1 milyon ton), Kuba (500 min ton), Filippin (290 min ton), Kanada (270 min ton), Zambiya (270 min ton) və Rusiyada (250 min ton) var. Ekspertlərin hesablamalarına görə, bu gün benzin mühərrikli bütün avtomobillər elektromobillərlə əvəz edilsə, 14 milyon ton kobalt tələb olunacaq ki, bu da planetdə mövcud ehtiyatları iki dəfə üstələyir.
Vəziyyəti mürəkkəbləşdirən odur ki, Konqo Demokratik Respublikasında iqtisadi və siyasi vəziyyət qeyri-sabitdir. Kobalt hasilatında təhlükəsizlik qaydalarına əməl olunmur, uşaq əməyindən istifadə edilir.
Qeyd edək ki, “Samsung Electronics” şirkətinin avtomobil akkumulyatorlarının buraxılışı üzrə bölməsi olan “Samsung SDI” aparıcı avtomobil istehsalçıları, o cümlədən “BMW” üçün ehtiyat hissələrinin istehsalı ilə məşğuldur.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL