waplog

Dünyada ən bahalı şirkət hansıdır?


“The New York Post” nəşrinin məlumatına görə, “Apple” korporasiyasının kapitallaşma dəyəri 849,2 milyard dollar təşkil edib.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, sözügedən nəşr iddia edir ki, Kaliforniya korporasiyası ən yaxın rəqiblərini xeyli geridə qoyub. Reytinqdə ikinci yeri tutmuş “Alphabet” şirkətinin kapitallaşma dəyəri 745,1 milyard dollardır. 702,5 milyard dollar məbləğində kapitallaşma dəyərinə malik “Amazon” şirkəti üçüncü yerdə qərarlaşıb.

Bu dəfə ən böyük internet mağazası kapitallaşma dəyəri 699,2 milyard dollar təşkil edən “Microsoft” korporasiyasını ötməyə müvəffəq olub. Dünyada ən bahalı şirkətlərin ilk beşliyində, həmçinin “Facebook” sosial şəbəkəsinin adı var. Bu şirkətin kapitallaşma dəyəri 521,5 milyard dollar təşkil edib.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL