waplog

Qeyri-adi pilotsuz uçan aparat yaradılıb (VİDEO)


Kanadanın “Cleo Robotics” şirkəti kompakt ölçüləri ilə seçilən və adi həvəskar kvadrokopterlərlə rəqabət apara biləcək qeyri-adi pilotsuz uçan aparat hazırlayıb. Qurğunun prototipi yanvarda “CES” sərgisində təqdim olunub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, “Cleo” adlanan dron xarici görünüşünə görə ponçiki xatırladır və ölçüsünə görə onunla uyğunluq təşkil edir. Pilotsuz uçan aparatın dairəvi korpusunun daxilində istifadəçinin barmaqlarının toxunuşunda plastik barmaqlıqlarla mühafizə edilən iki propeller yerləşir,  quraşdırılmış batareya isə qurğunun prototipini 12-15 dəqiqə avtonom uçuşla təmin edir.
 
Məlumata görə, aparat “HD” formatlı videoçəkilişə imkan verən quraşdırılmış kamera ilə təchiz olunub, uçuşun idarə olunması üçün smartfon üçün mobil əlavədən istifadə edilir. Perspektivdə tərtibatçılar dronu maneələrlə toqquşmadan yayınma və binalar daxilində naviqasiya sistemləri ilə təchiz etməyi düşünürlər.
 
Pilotsuz uçan aparatın mümkün satışa çıxarılma müddəti barədə məlumat verilmir. Buna baxmayaraq qurğu yaradıcıları ümid edir ki, aparata təkcə həvəskarlar deyil, eyni zamanda təhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkətlər maraq göstərəcəklər.
 
Nizam Nuriyev




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL