waplog

Gecə sınaqları üçün ilk günəş reaktoru yaradılıb


Dünya alimlər qrupu “Contisol” adlanan dünyanın ilk günəş reaktorunu qurub. Havada işləyən unikal aparat həm gündüz, həm də gecə sınaqları üçün nəzərdə tutulub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “RuNews24” resursuna istinadən yazır ki, “Contisol” reaktoru birbaşa Günəş şüalarının düşməməsinə baxmayaraq gecə vaxtları işləyə bilir. Unikal reaktor ultrabənövşəyi şüalandırma çatışmazlığını müstəqil kompensasiya edir.
 
Məlumata görə, “Contisol” reaktorunun fəaliyyəti dünya ekoloqlarını qane edir. Belə ki, günəş reaktorunun hasil etdiyi yanacaq Yer atmosferinə ziyan vuran radioaktiv şüalanma ilə müşayiət olunmur.
 
“Contisol” reaktorunun daha bir üstünlüyü fəaliyyət üçün əlavə xərclər tələb etməməsindən ibarətdir. Dünya mütəxəssislərinin fikrincə, gecə sınaqları üçün dünyanın ilk reaktoru gələcəkdə digər planetlərin kəşfi üçün kosmik stansiya və gəmilərdə quraşdırılacaq generatorların layihələndirilməsi üçün əsas olacaq.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL