Smartfon kamerası tam funksiyalı mikroskopa çevrilib
ABŞ mühəndisləri üçölçülü printerdə adi mobil telefonu peşəkar mikroskopa çevirməyə imkan verən qurğu hazırlayaraq onu çap ediblər.
"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science www.naked-science.ru" resursuna istinadən yazır ki, yeni kəşfin müəllifi Entoni Ortun sözlərinə görə, onun bu ideyası mobil telefonun mikroskopa məxsus bütün xüsusiyyətlərə malik olmasını anladıqdan sonra yaranıb. Belə ki, kamera obyektivi və ötürücüsü smartfonda mikroskopda olduğu kimi yerləşir və əlavə olaraq yalnız təsviri lazımi dərəcəyədək böyüdəcək cihaz tələb edilir. O, bunun üçün telefonun arxa panelinə əlavə obyektiv quraşdırıb.
Daha sonra alim görmək istədiyi əşyanın işıqlandırılması barədə düşünüb. Burada işıqlandırıcı yardımçı rolunda çıxış edib və onun işığı obyektin aşağıdan işıqlandırılması üçün yönəldilib. Lakin işıqlandırıcının parlaqlığı xüsusi, "3D" printerdə çap edilən qara rəng çaları vasitəsilə məhdudlaşdırılıb. Əks halda, təsvir bütünlüklə ağ rəngdə olar. Bundan əlavə, işıqlandırıcını söndürmək və işıqlandırma kimi təbii Günəş işığından və ya parlaq otaq işıqlandırmasından istifadə mümkündür. Cihaz elə düzəldilib ki, şüşəni nümunə ilə qara fonda yerləşdirərək onu içindən işıqlandırmaqla ən kiçik detalları görmək olar. Bu isə o deməkdir ki, mikroskopun işi üçün güzgü və ya prizmalara ehtiyac qalmır.
Tədqiqatın aparılması üçün ilk nümunə qismində E.Ort yerli göldən su götürərək onu şüşə üzərinə damızdırıb. Qurğunu damcıya yönəldən alim gölün bütün canlılarını görə bilib.
E.Ort və onun həmkarları ümid edir ki, onların ideyası lazım olan yerlərdə tətbiq ediləcək möhkəm, ucuz və etibarlı mobil mikroskopların yaradılması üçün istifadə olunacaq. Mobil mikroskopların köməyi ilə, məsələn, planetin Avstraliya cəngəllikləri və ya Mərkəzi Afrika regionları kimi sivilizasiyadan uzaq yerlərinin su mənbələrində mikroorqanizmlərin populyasiyasını izləmək mümkün olacaq.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL