waplog

“Android” sistemli smartfon istifadəçiləri əlavə reallıq funksiyasından yararlanacaq


"Google" şirkəti ən yeni "Android 8 Oreo" əməliyyat sistemini "ARCore" əlavə reallıq texnologiyasından istifadə funksiyası ilə təchiz edib. Texnologiyanın mahiyyəti ondan ibarətdir ki, real şəkildə mövcud olmayan təsvirləri əlavə etmək mümkün olacaq.

"ICTnews" Elektron Xəbər Xidməti "Life" resursuna istinadən yazır ki, hazırda "Android" platforması ilə 13 qabaqcıl smartfon modeli işləyir. Onlar arasında "Samsung", "LG", "Google", "Asus" və "OnePlus" yer alıb.
Şirkət texnologiyanın hazırlanması barədə ilk dəfə ötən ilin avqustuna məlumat verib. O zaman şirkət əlavə reallığın yaradılması prosesinin əks olunduğu videoçarx nümayiş etdirib.

"ARCore" əlavə reallıq texnologiyası "Apple" şirkətinin ötən ilin iyununda təqdim etdiyi "ARKit" platformasının ekvivalentidir. Texnologiya, həmçinin əlavə reallıq proqramlarının yaradılması üçün ətraf mühiti zənginləşdirən proqram vasitələri dəstidir.

Nizam Nuriyev
 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL