waplog

“Microsoft” və “Xiaomi” şirkətləri arasında tərəfdaşlıq haqqında saziş imzalanıb


ABŞ-ın “Microsoft” korporasiyası və Çinin “Xiaomi” smartfon istehsalçısı arasında “bulud” texnologiyaları, süni intellekt və aparat təminatı sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, Çin şirkəti ABŞ korporasiyası ilə saziş imzalamaqla Qərbdə, xüsusilə ABŞ-da biznesini genişləndirmək niyyətindədir. Öz növbəsində “Microsoft” üçün əməkdaşlıq Çin bazarının geniş əhatə olunması deməkdir.  

Məlumata görə, memorandum şirkətlərin texnologiyalarından qarşılıqlı istifadəni nəzərdə tutur. Belə ki, “Microsoft” korporasiyası “Xiaomi” şirkətinə smartfonların hazırlanması üçün “Azure” kimi “bulud” hesablama məhsullarından istifadə imkanı yaradacaq. Bunun Çin istehsalçısının beynəlxalq bazara çıxışına kömək edəcəyi bildirilir.  

Tərəflər, həmçinin süni intellekt sahəsində “Microsoft” texnologiyalarından, o cümlədən  “Cortana” səsli köməkçi funksiyasından birgə istifadəni müzakirə edirlər.   

Memorandum tərəfdaşlığın hüquqi öhdəliklərini nəzərdə tutmur. Bundan başqa, əməkdaşlığın maliyyə tərəfi barədə məlumat verilmir.

Qeyd edək ki, fevralda ABŞ xüsusi xidmət orqanları ölkə əhalisinə Çin, xüsusilə “Huawei” smartfonlarından istifadənin mümkün təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər. Federal Təhqiqatlar Bürosu, Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi və Milli Kəşfiyyat İdarəsi “Huawei” istehsalçısının Çin hökumətinin xeyrinə fəaliyyət göstərərək casusluqla məşğul olmasından ehtiyat edir.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL