waplog

2018-ci ilin 10 ən qabaqcıl texnologiyası bəlli olub


Analitiklər cari ilin 10 ən qabaqcıl və perspektivli texnologiyasını müəyyənləşdiriblər. Bu texnologiyaların hər biri ayrılıqda dünyanı dəyişdirmək qabiliyyətinə malikdir.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, ilk pillədə metalların “3D” çap texnologiyası qərarlaşıb. Bundan əvvəl yalnız plastik materialların “3D” çapı mümkün idi. İnsanın uzun müddət yaşaması proseslərinin öyrənilməsinə təsir göstərə bilən siçan embrionlarının gövdə hüceyrələrinin tədqiqatı ikinci pillədə qərarlaşıb.

“Google” şirkətinin “Sidewalk Labs” adlı “ağıllı” şəhər layihəsi üçüncü pilləni tutub. Süni intellekt və neyron şəbəkələri reytinqdə növbəti yerləri bölüşdürüblər.

Həmçinin ilk onluqda “Google” şirkətinin “Pixel Buds” qulaqcıqları və qaz elektrik stansiyaları yerləşiblər. İnternetdə məxfiliyi təmin edən, genotip üzrə gələcəyi proqnozlaşdıran texnologiyalar və kvant kompüterləri sabit maraq doğurur.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL