“Sony Xperia XZ2” və “Xperia XZ2 Compact” smartfonları rəsmən təqdim edilib
“Sony Mobile Communications” şirkəti 26 fevral – 1 mart tarixlərində Barselonada keçiriləcək “MWC 2018” sərgisində güclü “Sony Xperia XZ2” qabaqcıl smartfonunu və onun yığcam versiyası olan “Xperia XZ2 Compact” modelini təqdim edib.
Hər iki smartfon çərçivəsiz dizayna malikdir, barmaq izləri skaneri arxa paneldə quraşdırılıb. Korpus alüminium çərçivə və “Gorilla Glass 5” şüşə panellərindən ibarətdir.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “Sony Xperia XZ2” modeli “Full HD” (1920x1080 piksel) təsvir ölçülü və tərəflər nisbəti 18:9 olan 5,7 düymlük IPS ekran, 19 meqapiksellik əsas kamera, 5 meqapiksellik ön kamera ilə təchiz edilib. “Motion Eye” kamerası “4K HDR” formatında video, həmçinin “Super slow motion” rejimində “Full HD” formatında saniyədə 960 kadr çəkmək qabiliyyətinə malikdir.
Bundan başqa smartfon “Qualcomm Snapdragon 845” prosessoru, 4 QB-lıq əməli və 64 QB-lıq fləş yaddaşla (microSD kartı vasitəsilə yaddaşın tutumunu 400 QB-dək artırmaq mümkündür) təchiz edilib. 3180 milliamper/saat tutumuna malik akkumulyator batareyası sürətli və simsiz enerjidoldurma texnologiyasını (QI standartı) dəstəkləyir. Smartfon “Android 8.0 Oreo” əməliyyat sisteminin idarəetməsi altında işləyir.
2 SİM kart, “VoLTE” və “LTE Cat.18” texnologiyaları dəstəklənir, “Wi-Fi (802.11ac)”, “Bluetooth 5.0”, “GPS+QLONASS”, “NFC”, “USB 3.1 Type-C” portu var. Həmçinin stereodinamiklər var, lakin qulaqcıqlar üçün 3,5 mm-lik konnektor yoxdur, “IP65/68” səviyyəsində su və tozdan müdafiə mövcuddur. Smartfonun ölçüləri 153x72x11,1 mm, çəkisi 198 qram təşkil edir.
“Sony Xperia XZ2 Compact” smartfonunun arxa paneli polikarbonatdan düzəldilib, ekranın diaqonalı 5 düym təşkil edir, 2870 milliamper/saat tutumunda akkumulyator, “LTE Cat.15” texnologiyası ilə təchiz edilib. Qurğunun ölçüləri 135 x 65 x 12,1 mm, çəkisi 168 qram təşkil edir.
İstehsalçı “3D Creator” mobil proqramını xüsusi vurğulayır. Bu proqramın köməyi ilə əsas kamera ilə obyektlərin “3D” modelini, həmçinin ön kameranın köməyi ilə “3D selfi” yaratmaq olar.
Hər iki smartfon gümüşü, qara, yaşıl və çəhrayı rəngli korpuslarda əlçatandır. Gələn ay sözügedən smartfonlar satışa çıxarılacaq. Rəsmi qiymətlər hələ elan edilməyib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL