waplog

Çərçivəsiz və irəli çəkilən kameraya malik smartfon təqdim edilib


Çinin “Vivo” şirkəti 26 fevral – 1 mart tarixlərində Barselonada keçirilən “MWC 2018” sərgisində “Apex” adlı tamamilə çərçivəsiz konseptual smartfonunu nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, prototipin displeyi ön panelin 98%-ni tutur. Barmaq izləri skaneri ekrana inteqrasiya edilib. İstehsalçı vurğulayır ki, smartfon “Half-Screen In-Display Fingerprint Scanning” texnologiyasını dəstəkləyir ki, bu da eyniləşdirmə üçün barmağı kiçik piktoqramın üzərində deyil, ekranın üçdə bir hissəsini tutan sahəsinə qoymağa imkan verir.

Smartfonun daha bir özəlliyi ekranın alt hissəsində gizlədilmiş kameradır, ehtiyac olduğu halda periskop kimi irəli çəkilir. Kameranın təsvir ölçüsü 8 meqapiksel təşkil edir.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL