waplog

“Huawei” ilk “5G” kommersiya çipini nümayiş edib


Çinin "Huawei" istehsalçısı Barselonada keçirilən "MWC" mobil elektronika sərgisində şirkətin gələcək qurğularını beşinci nəsil mobil rabitə şəbəkəsinin dəstəklənməsi ilə təmin edəcək ilk "5G" kommersiya çipini nümayiş etdirib.

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, "Balong 5G01" çipi ötən ilin dekabrında "3GPP" konsorsiumu tərəfindən təsdiq edilən "5G" standartını dəstəkləyən ilk prosessordur. Texniki xüsusiyyətlərə görə çip məlumatların 2,3 Qbit/saniyə sürətində yüklənilməsini təmin edir. Bununla yanaşı, "Balong 5G01" çipinin smartfonlar üçün qabaritlərinin böyük olması səbəbindən ondan mobil internetə çıxış nöqtələrində istifadə ediləcəyi ehtimal olunur.

Təqdimat zamanı "Huawei" şirkətinin icraçı direktoru Riçard Yu bildirib ki, şirkət "5G" texnologiyalarının hazırlanmasına 600 milyon dollar investisiya yatırıb və tezliklə bu texnologiyalar hər yerdə, məsələn, avtomobil və "ağıllı" evlərdə tətbiq ediləcək.

Qeyd edək ki, bundan əvvəl "Qualcomm" və "Intel" şirkətləri də "5G" sahəsində həllərini təqdim ediblər.  

"5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Yeni standartın əsas vəzifələrindən biri "Əşyalar interneti" texnologiyasının hər yerdə yayılması və istifadəçinin virtual və əlavə reallıqdan istifadə imkanı ilə təmin edilməsidir. Həmçinin qoşulan qurğuların elektrik enerjisini az sərf etməsi vacib prioritet olacaq. 2021-ci ildə "5G" şəbəkəsinə qoşulan qurğuların sayının 150 milyona çatacağı gözlənilir. Bu isə o deməkdir ki, yeni standart əvvəlki nəsil rabitə standartlarından daha dinamik inkişaf edəcək.

Bundan başqa, müasir kommunikasiyanın bir neçə problemini həll edəcək "5G" insanların kütləvi toplaşdığı yerlərdə internetdən sürətli və fasiləsiz istifadəni təmin edəcək, eləcə də avtomobilləri "ağıllı" idarəetmə şəbəkəsində birləşdirəcək. Həmçinin "5G" standartı media fayllarından istifadəni yaxşılaşdıraraq yeni təsvir formatları ilə işləməyə, istənilən qoşulmuş texnikanı məsafədən idarə etməyə imkan verəcək.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL