waplog

“Ağıllı taksofon”lar intellektual idarəetmə sisteminə qoşulub


Yeni taksofonların işinə intellektual idarəetmə sistemi ilə nəzarət olunur.
Bu barədə bizə məlumat verən BTRİB-in Telefon Avtomatları Qovşağının rəisi Rəfalət Tarverdiyevin bildirdiyinə görə, hələlik Bakı şəhərində 110 ədəd olan belə universal taksofonlar həm kartla, həm də qəpiklə işləyir. Dünyada “ağıllı taksofon”lar kimi tanınan universal taksofonların hər biri şəhər nömrələri ilə təmin olunduğundan bu nömrələr mərkəzdə serverə qoşulub. “Taksofonda nə vaxt danışıq aparıldığı, kassada nə qədər pulun olması qeyd olunur. Bundan başqa aparatlarda hər hansı problem olduqda mərkəzdən online olaraq təmir etmək olur ” - deyə qovşaq rəisi bildirib.
Qeyd edək ki, birlik daha 50 ədəd “ağıllı taksofon”lar almağı planlaşdırır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL