waplog

“Motorola RAZR” smartfonunun qalınlığı 7,1 millimetr təşkil edir (VİDEO)


“Motorola Mobility” şirkəti “Android 2.3.5” platformasında işləyən 4,3 düymlü ekranı olan güclü “RAZR” smartfonunu elan edib.

Aparat monoblok korpusda 7,1 millimetr qalınlıqda hazırlanıb. “QHD” (960×540 nöqtə) kəskinliyə malik olan “Super AMOLED Advanced” sensor ekranı zədələrdən “Gorilla Glass” şüşəsi ilə qorunur.

Yenilikdə 1.2 QHz takt tezlikli 2 nüvəli prosessor tətbiq edilib. Əməli yaddaş tutumu 1 QB-dır; inteqrasiya edilmiş fləş modulun tutumu 16 QB-dır (tədarük dəstinə eyni tutumlu “MicroSD” kartı da daxildir). “Wi-Fi” (802.11b/g/n) və “Bluetooth 4.0” simsiz əlaqə adapterləri, “GPS” qəbuledicisi, elektron kompas, “HDMİ” interfeysi və “USB 2.0” portu da var.

Elektrik enerjisi ilə qidalanmanı “1780 мА∙h” akkumulyator batareyası təmin edir; enerji istehlakının azalmasına “SmartActions” proqram təminatı nəzarət edir, avtonom iş müddəti danışıq rejimində 12,5 saata çatır. Yenilik bazara noyabr ayının əvvəlində çıxarılacaq.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL